Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.
Rövşən Nəcəf eyni zamanda Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvləri sırasından çıxarılıb.
Bu Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.