Azərbaycanda iki rayonu birləşdirən dəmir körpü oğurlanıb - FOTO

 Azərbaycanda iki rayonu birləşdirən dəmir körpü oğurlanıb - FOTO

Azərbaycanda iki rayonu (Göygöl və Goranboy) birləşdirən dəmir körpü oğurlanıb.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə rayonun Çaylı kəndi ilə Goranboy rayonunun Yolqulular kəndini birləşdirən metal konstruksiyalı körpünün naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.

Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri - İlkin Kamalzadə, Xəyal Əliyev, Elgün Məmmədov və Goranboy rayon sakini Şükür Babayev saxlanılıblar.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər dəmir körpünü satmaq məqsədilə söküb oğurladıqlarını etiraf ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

13:33 - 22 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin