Qaz emalı zavodunun direktoru və sayt rəhbəri həbs edildi

 Qaz emalı zavodunun direktoru və sayt rəhbəri həbs edildi

Qazaxıstanın hüquq-mühafizə orqanları respublikanın Manqistau vilayətinin Janaozen şəhərində qaz emalı zavodunun direktorunu saxlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Qazaqstan” telekanalı məlumat yayıb. Müəssisə rəhbərinin maye qazın qiymətini əsassız olaraq qaldırdığı bildirilir.

Bundan başqa, bu yanacaq növünün elektron ticarəti ilə məşğul olan saytın rəhbəri də saxlanılıb. Qazaxıstanda yeni ildən sonra maye qazın bahalaşması ilə bağlı mitinqlər başlayıb. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Mangistau vilayətində və Alma-Atada fövqəladə vəziyyət elan edib və hökumətin istefasını qəbul edib. Ölkədə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olub.

13:22 - 5 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin