Qrappling və ciu-cuitsu ulduzu Vidadi Mərdanov Dağıstanda güllələndi

 Qrappling və ciu-cuitsu ulduzu Vidadi Mərdanov Dağıstanda güllələndi

Dağıstanda qrappling və ciu-cuitsu ulduzu Vidadi Mərdanov güllələnib.

Asayis.AZ Rusiya KİV-nə istinadən məlumat verir ki, 36 yaşlı dünya çempionu fevralın 22-i səhər saatlarında naməlum şəxslərlə danışmaq üçün Qaqarin küçəsindəki evdən çıxıb. O, sosial şəbəkələrdə mübahisə etdiyi şəxslərlə məsələni aydınlaşdırmaq istəyib. 

Hücum edənlər dünya çempionunu güllələyiblər.

İndi polis 27 və 23 yaşlı iki kişini axtarır. Onların “Lada Priora” ilə hadisə yerindən uzaqlaşdıqları qeyd olunur.

10:24 - 22 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin