Türkiyədə zəlzələdə həlak olanların sayı 42 mini ötüb

 Türkiyədə zəlzələdə həlak olanların sayı 42 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb.

Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib.

Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

19:49 - 21 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin