Blogerin tənqidindən sonra Bakının məşhur bulağında su kranları yeniləndi - FOTO

 Blogerin tənqidindən sonra Bakının məşhur bulağında su kranları yeniləndi - FOTO

Artıq bir neçə aydır davam edən "Bir Damcı" kampaniyası çərçivəsində daha bir layihəyə başlanılıb.

Asayis.Az xəbər verir ki, təkcə təbliğat işləri ilə kifayətlənməyən kampaniya təşkilatçıları bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə əməli tədbirlərlə sudan qənaətlə istifadəyə töhfə veriblər.

Layihə çərçivəsində "İçərişəhər" metrostansiyasının çıxışında yerləşən məşhur bulaqda su kranları yenilənib.

Bulağın kranları qənaətli su kranları ilə əvəzlənib. Bu kranlar sayəsində suyun boşuna axmasının qarşısı alınıb, həmçinin istifadə zamanı da daha az su itkisinə nail olunub. Buna qədər isə bulağın suyu gecə-gündüz dayanmadan axır və bir neçə dəqiqə ərzində litrlərlə suyun israf olması ilə nəticələnirdi.

Kampaniya təşkilatçıları bildirib ki, gələcəkdə də paytaxtın müxtəlif ərazilərində daimi axarlı bulaqlarda su kranlarının əvəzlənməsi işləri davam etdiriləcək. Bu işdə sakinlərin də dəstək göstərməsi, küçələrdə, daxili məhəllələrdə su kranlarının açıq qalmasına biganə yanaşmamaları, nasaz su kranları barədə müvafiq qurumları xəbərdar etmələri xahiş olunur.

Xatırladaq ki, "Bir Damcı" kampaniyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu" ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən təşkil olunur.

Qeyd edək ki, bir müddət əvvəl xarii blogerlərdən biri bulağdan 24 saat suyun axıdılmasını tənqid etmişdi. Görünür bu tənqiddən sonra bulağın düzəldilməsi qərarı verilib.

13:34 - 21 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin