Daha bir qanunsuz tikili FHN tərəfindən sökülüb - VİDEO

 Daha bir qanunsuz tikili FHN tərəfindən sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə Asayis.Az-a FHN-in mətbuat xidmətindən bildirilib. 

Belə ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində vətəndaş Səbzəliyev Araz Sifariz oğluna məxsus ərazidə müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

13:24 - 21 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin