Bakıda evdən 90 min manatlıq oğurluq olub

 Bakıda evdən 90 min manatlıq oğurluq olub

Bakının Nərimanov rayonunda mənzildən 86 500 min manat pul, 1 500 manatlıq üzük və 3 min manatlıq telefon qeyri-aşkar şəraitdə oğurlanıb.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sahib Xudaverdiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

12:20 - 21 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin