Azərbaycanda kişi öz maşınını küçədə yandırdı - Polisdən açıqlama - ANBAAN VİDEO

 Azərbaycanda kişi öz maşınını küçədə yandırdı - Polisdən açıqlama - ANBAAN VİDEO

Sabirabad rayonunda bir nəfər şəxs öz avtomobilini küçədə yandırıb.

Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə fevralın 20-də baş verib. 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən bildirildi ki, fevralın 20-də Sabirabad rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilini yandırması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı bildirib ki, şəxsin avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneəçilik törətməsidir.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

 

10:51 - 21 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin