Sabirabad rayonunda bir nəfər şəxs öz avtomobilini küçədə yandırıb.
Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə fevralın 20-də baş verib.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən bildirildi ki, fevralın 20-də Sabirabad rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilini yandırması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı bildirib ki, şəxsin avtomobilini yandırmasına səbəb digər taksi sürücülərinin onun fəaliyyətinə maneəçilik törətməsidir.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.