Bakıda oğul anasını boğub öldürmək istədi

 Bakıda oğul anasını boğub öldürmək istədi

Bakıda oğul anasını öldürməyə cəhd edib.

Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə fevralın 18-də Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mənzillərdən birində baş verib.

1981-ci il təvəllüdlü Y.F. 1961-ci il təvəllüdlü anasını boğmağa çalışıb. Qadın koma vəziyyətində xəstəxanaya aparılıb və həyatı xilas edilib.

Qadın hadisə barədə polisə məlumat verib.

Y.F. saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

17:06 - 20 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin