Azad edilmiş ərazilərə qanunsuz daxil olan iki nəfər həbs edilib

 Azad edilmiş ərazilərə qanunsuz daxil olan iki nəfər həbs edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Onların hər biri 20 gün müddətinə inzibati qaydada həbs olunub.

15:23 - 20 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin