Dövlətə 2 milyon manatdan çox ziyan vurulub, doqquz əmlak üzərinə həbs qoyulub - RƏSMİ

 Dövlətə 2 milyon manatdan çox ziyan vurulub, doqquz əmlak üzərinə həbs qoyulub - RƏSMİ

 

Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə edilməsi sahəsində baş vermiş hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən kompleks işlər görülüb.

Asayis.Az xəbər verir ki, bununla bağlı Baş Prokurorluqdan məlumat verilib.

Bu dövr ərzində prokurorluq orqanlarının qərarı və Maliyyə Nazirliyinin təşəbbüsü ilə aparılan araşdırmalar üzrə 64 maliyyə yoxlaması keçirilib.

Həmin yoxlamalara prokurorluq əməkdaşları, Maliyyə, Müdafiə, Elm və Təhsil nazirlikləri, Auditorlar Palatası, eləcə də Mərkəzi Bankın mütəxəssisləri cəlb edilib.

Törədilən qanunazid əməllər nəticəsində dövlətə vurulmuş 2 147 485 manat maddi ziyanın hazırkı vaxtadək 589 537 manat hissəsinin ödənilməsi təmin edilib, həmçinin, 9 əmlak üzərinə həbs qoyulub.

Yoxlamalar zamanı aşkar edilmiş hüquqpozmalara dair prokurorluq orqanları tərəfindən 10 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, 32 halda vurulmuş zərərin ödənilməsi təmin edilib, 22 fakt üzrə isə hazırda araşdırmalar davam etdirilir.

Hazırda dövlət büdcəsinə vurulmuş ziyanın ödənilməsi üçün məqsədyönlü və ardıcıl tədbirlər görülür.

13:18 - 20 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin