Reper Motanın Moskvada gecə klublarından birində keçirilən konsertində qorxulu anlar yaşanıb.
Asayis.Az xəbər verir ki, bu haqda "Shot" teleqram kanalı məlumat yayıb. Mübahisənin səbəbi 7 pərəstişkarın musiqiçinin yanına səhnəyə getmək istəməsi olub. Mühafizəçilər onların yolunu kəsərək küçəyə çıxarıb. Həmin vaxt mübahisə düşüb və atəş açılıb.
Mübahisəni yaradanlardan biri mühafizəçinin silahını götürərək yerə atəş açıb. Daha sonra cangüdənlər silahı götürərək həmin şəxsləri maşına qoyaraq məlum olmayan bir yerə gediblər.
İndi polis dava edən və atəş açan şəxsi axtarır. Hələlik kameralar avtomobili izləyə bilməyib, çünki o, bardan çox uzaqda dayanıb.