Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.
O, bununla bağlı “Twitter” hesabında paylaşım edib.
"Qarabağ müharibəsi zamanı ələ keçirilən hərbi texnikaların sərgiləndiyi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbə memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə görə Rəbbimizə şükürlər olsun!", - deyə paylaşımda deyilir.