İstanbulda 93 məktəbdə dərslər dayandırıldı

 İstanbulda 93 məktəbdə dərslər dayandırıldı

Türkiyənin İstanbul şəhərində riskli hesab olunan 93 məktəbdə fevralın 20-də dərslər keçirilməyəcək.

Asayis.Az "CNN Türk"ə istinadən xəbər verir ki, təhlükəsizlik baxımdan məktəblərdəki şagirdlər başqa təhsil müəssisələrinə təxliyə olunacaqlar.

Qeyd olunur ki, 93 riskli məktəbdə aparılan araşdırmalar nəticəsində 76 məktəbin sökülərək yenidən qurulmasına qərar verilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Təbii fəlakət nəticəsində 39 672 nəfər dünyasını dəyişib.

17:04 - 18 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin