Daha bir ölkədə güclü ZƏLZƏLƏ OLDU

 Daha bir ölkədə güclü ZƏLZƏLƏ OLDU

Əfqanıstanda 5.5 bal gücündə zəlzələ olub.

Asayis.Az tass-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Seysmologiya İdarəsi məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri Qazaxıstanın Alma-Ata şəhərindən 867 km cənub-qərbdə yerləşib.

Zəlzələ nəticəsində itki və dağıntılar barədə hələ ki məlumat yayılmayıb.

13:06 - 18 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin