Kəlbəcərdə ölümlə nəticələnən hadisə baş verib.
Asayis.AZ oxu.az-a istinadən xəbər verir ki, Toğanalı-Kəlbəcər tunelində daş qopması nəticəsində fəhlə dünyasını dəyişib.
Həmin şəxsin Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Osman Kaya olduğu bildirilir.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.