Xaçmazda ağır yol qəzası - 3 nəfər ölüb - FOTO

 Xaçmazda ağır yol qəzası - 3 nəfər ölüb - FOTO

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun "4-cü şöbə" adlanan hissəsində baş verib.

"Hyundai" və "Mercedes" markalı maşınların toqquşması nəticəsində 3 nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

10:44 - 18 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin