Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.
Asayis.Az “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 16-da saat 21:40-da Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən 138-ci kilometrliyində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü, Balakən rayonu Meşəşambul kəndində yaşayan Behalov Ramazan Maham oğlu idarə etdiyi “Mercedes-Benz E220” markalı avtomobillə Balakən rayonu Katex kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən piyada, 1970-ci il təvəllüdlü Heydərov Zəkəriyyə Arzuman oğlunu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.