Yeni Zelandiyadakı “Qabrielle” qasırğası dağıntılara səbəb olub.
Asayis.Az xəbər verir ki, ölkənin şimal hissəsində yaşanan təbii fəlakət zamanı ölənlərin sayı 8 nəfərə çatıb, 4 min 549 sakinin aqibəti bəlli deyil.
Təxminən 10 min insan daşqınlar nəticəsində evlərindən didərgin düşüb.
Zelandiya höküməti 12 fevraldan etibarən davam edən qasırğaya görə 14 fevralda fövqəladə vəziyyət elan edib.
60 mindən çox ev işıqsız qalıb.