Bu gün günorta saatlarında Bakı-Quba yolunda baş verən zəncirvari qəza nəticəsində ölənlərin sayı artıb.
Məlumata görə, Şabranın Ağalıq kəndi ərazisində “TIR”la 3 minik avtomobilinin toqquşması nəticəsində ölənləri sayı 2-yə çatıb. Qəza nəticəsində 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı və 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbaba oğlu dünyasını dəyişib.
Şabran rayon sakini Quliyev Akif Abdulmənna oğlu, Xaçmaz rayon sakinləri Nuriyev Tural Əjdər oğlu və Səlminaz Babayeva isə xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.