Ucarda evə basqın olub.
Asayis.Az APA-ya istinadən xəbər verir ki, Həsənova Nurayyə Mirzə qızı Ucar RPŞ-yə ərizə ilə müraciət edib.
O, yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt evinə basqın edildiyini, üzlərində qara rəngli maska olan iki nəfər şəxsin onun əl-qolunu yapışqan lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7 000 manat nağd pulu götürərək uzaqlaşdıqlarını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov Müşfiq Cavanşir oğlu və Kərimov Cavanşir İbad oğlu şübhəli şəxs qismində tutulublar.