Zəlzələdə 10 yaxınını itirən müğənni 88 milyon avro yardım topladı

 Zəlzələdə 10 yaxınını itirən müğənni 88 milyon avro yardım topladı

Türkiyədəki güclü zəlzələdə 10 yaxını itirən türk əsilli müğənni Karsu yaşadığı Niderlandda rekord məbləğdə yardım toplayıb.

Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, zəlzələ bölgəsindəki zərərçəkənlər üçün topladığı 88 milyon avronu görərkən göz yaşlarını saxlaya bilməyib.

Sənətçi sosial şəbəkə hesabında, “Təbii fəlakət bölgələri üçün 88 milyon avro (160 milyon 186 min AZN) topladıq. Təşəkkür edirən Niderland”, - deyə yazıb.

17:14 - 16 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin