Türkiyədəki güclü zəlzələdə 10 yaxını itirən türk əsilli müğənni Karsu yaşadığı Niderlandda rekord məbləğdə yardım toplayıb.
Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, zəlzələ bölgəsindəki zərərçəkənlər üçün topladığı 88 milyon avronu görərkən göz yaşlarını saxlaya bilməyib.
Sənətçi sosial şəbəkə hesabında, “Təbii fəlakət bölgələri üçün 88 milyon avro (160 milyon 186 min AZN) topladıq. Təşəkkür edirən Niderland”, - deyə yazıb.