Bakının mərkəzi yolunda işıqfor işləmir - Piyadalar yolu qaçaraq keçirlər

 Bakının mərkəzi yolunda işıqfor işləmir - Piyadalar yolu qaçaraq keçirlər

Bakıda mərkəzi yolların birində yeni quraşdırılan işıqforun fəaliyyətində problem yaranıb.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Məlumata görə, 8 Noyabr prospektindəki yola quraşdırılan işıqfor işləmir.

İşıqforun işləməməsi həm sürücülər, həm də piyadalar üçün problem yaradıb və təhlükəli vəziyyətə səbəb olub.

Piyadalar mövcud vəziyyətdə yolu qaçaraq keçirlər.

15:10 - 16 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin