Zəlzələdən zərərçəkənlər üçün toplanan ərzağı satan TIR sürücüsü həbs edildi

 Zəlzələdən zərərçəkənlər üçün toplanan ərzağı satan TIR sürücüsü həbs edildi

Türkiyənin Ankara şəhərində Y.Ö adlı TIR sürücüsü həbs edilib.

Asayis.Az “DHA”ya istinadən xəbər verir ki, o, Kahramanmaraşda zəlzələdən zərərçəkənlərə apardığı ərzaqları böyük market və kiçik dükanlara satıb.

Bunu bilən satıcılar dərhal polisə zəng ediblər. Y.Ö tutularaq polis bölməsinə aparılıb.

O, “etimadı sui-istifadə” maddəsi ilə həbs edilib.

13:19 - 16 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin