Saat 21:54-də "Dərnəgül-Həzi Aslanov" xəttində "Azadlıq prospekti" stansiyasında gənc xanım qatar stansiyaya daxil olanda, relslərin arasına düşüb.
Təlimata uyğun, dərhal gərginlik çıxarılıb. TTY çağlrılıb. Qadın stansiya yolundan çıxarılıb.
Bakı Metropoliteninin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.
Qurum rəsmisi qeyd edib ki, hadisədən 10 dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb. Fakt üzrə araşdırma aparılır.