Türkiyədəki kütləvi məzarlıqdan yayılan bu görüntülər ürək ağrıtdı - FOTO

 Türkiyədəki kütləvi məzarlıqdan yayılan bu görüntülər ürək ağrıtdı - FOTO

Türkiyədə zəlzələdə vəfat edənlər kütləvi məzarlıqda dəfn olunurlar. 

Asayis.Az xəbər verir ki, təbii fəlakət nəticəsində dünyasını dəyişənlər Malatyadakı qəbirstanlıqda torpağa tapşırılırlar. 

Xəstəxanada ekspertiza edilən cəsədlər nəqliyyat vasitələri ilə məzarlığa gətirilir, dualar oxunur və onların dəfni prosesi həyata keçirilir. 

Prosedurları sürətli şəkildə həyata keçirmək üçün qəbirləri nömrələyiblər. 

Kiçik qəbir daşlarına geyindirilən uşaq paltarı, gəlin duvağı, əsgər paltarı görənləri qəhərə boğub. 

14:59 - 15 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin