“İran kanallarının Azərbaycanın cənub zonasında bizim milli kanalların tezliyindəkütləvi yayımlanmasının qarşısını alınması üçün artıq İranla və bu ölkənin müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunu real effektini görəcəyik”.
Bunu açıqlamasında Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, bu texniki məsələdən daha çox tənzimləmə məsələsidir: "Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır”.
R.Nəbiyevin sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur:
“Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim cənub zonamızda yayımlanması ilə rastlaşırıq.”.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən İranın keçmiş informasiya və kommunikasiya texnologiyaları naziri bildirmişdi ki, bu sahədə ortaq işçi qrupu yayradılıb və fəaliyyət həyata keçirilir.
"Biz dünya standartlarına uyğun olaraq 2,5kilometrlik şüa nəzərdə tuturuq. Həmin məsafədə tezliklərə nəzarət etməliyik. İranla Azərbaycanın 370 kilometrlik sərhədi var, yalnız Ərdəbil vilayəti istiqamətində İran tərəfdə 180 kənd var. Düzdür, bu sahədə işlər görülüb və tezliklərə müdaxilələr azalıb, amma 2,5 kilometrlik məsafədə insanlar yaşayır və onlar yenə də müəyyən problemlərlə üzləşirlər. İşçi qrupu davamlı olaraq işləyir və vəziyyətin yaxşılaşdırmasına çalışır. Tezlik belə deyil ki, ona bu nöqtədən o tərəfə keçmə deyilsin, bu, dalğadır. Amma ona nəzarət etmək lazımdır", - Məhəmməd Cavad Azəri Yaromi qeyd etmişdi.//report