Azərbaycanın bu rayonunda problem - 9 500 abonent qazsız qaldı

 Azərbaycanın bu rayonunda problem - 9 500 abonent qazsız qaldı

Xaçmaz rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb.

Asayis.Az report-a istinadən xəbər verir ki, rayonun Maqsudkənd kəndi ərazisində yeni çəkilmiş qaz xəttinin istismarda olan yeraltı qaz kəmərinə qoşulması ilə əlaqədar Xudat şəhərində və ətraf kəndlərdə 9 500 abonentə "mavi yanacağ"ın verilişində fasilələr yaranıb.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi yaranmış fasilə ilə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

13:23 - 15 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin