Türkiyənin Adana şəhərində dünyaca məşhur futbolçu Kriştiano Ronaldoya bənzərliyi ilə tanınan Gökmen Akdoğan Ronaldodan hədiyyə olaraq aldığı formaları satışa çıxardıb.
Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Akdoğan satışdan qazandığı pulları zəlzələdən zərərçəkənlərə bağışlayacağını bildirib.
Qeyd edək ki, Gökmen 2013-cü ildə "Qalatasaray" - "Real Madrid" matçından sonra Ronaldo ilə görüş fürsəti əldə edib. O, portuqaliyalı ulduz futbolçudan iki forma hədiyyə alıb.