"Adanalı Ronaldo" formalarını satışa çıxarıb - FOTO

Türkiyənin Adana şəhərində dünyaca məşhur futbolçu Kriştiano Ronaldoya bənzərliyi ilə tanınan Gökmen Akdoğan Ronaldodan hədiyyə olaraq aldığı formaları satışa çıxardıb.

Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Akdoğan satışdan qazandığı pulları zəlzələdən zərərçəkənlərə bağışlayacağını bildirib.

Qeyd edək ki, Gökmen 2013-cü ildə "Qalatasaray" - "Real Madrid" matçından sonra Ronaldo ilə görüş fürsəti əldə edib. O, portuqaliyalı ulduz futbolçudan iki forma hədiyyə alıb.

12:14 - 15 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin