Rusiyada iki azərbaycanlı bıçaqlandı

 Rusiyada iki azərbaycanlı bıçaqlandı

Sankt Peterburqun Vıborq rayonunda iki azərbaycanlı ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Asayis.Az-ın yerli KİV-ə istinadən məlumatına görə, onlar üç naməlum şəxs tərəfindən bıçaqlanıb.

Rayonun Rəssamlar küçəsində avtomobilini park edən azərbaycanlılara kənarda dayanan üç nəfər irad bildirib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Azərbaycanlılardan biri sinəsindən, digəri isə ayaqlarından ağır yaralanıb. Faktla bağlı cinayət işi başlanıb.

11:19 - 15 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin