Əvvəl arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi

 Əvvəl arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi

Oğuz sakini həyat yoldaşına kəsici alətlə xəsarət yetirib, sonra intihara cəhd edib.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, 1962-ci il təvəllüdlü Nazim Rəhimov aralarında yaranan mübahisə nəticəsində həyat yoldaşı, 1966-cı il təvəllüdlü Sevinc Rəhimovaya kəsici alətlə başından xəsarət yetirib. Daha sonra 61 yaşlı N.Rəhimov bıçaqla özünə xəsarət yetirib və sirkə turşusu içərək intihara cəhd edib.

Ağır xəsarətlər alan 57 yaşlı S.Rəhimova və 61 yaşlı N.Rəhimov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

10:20 - 15 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin