Naxçıvan hava limanında əməliyyat: Saxlanılan var

 Naxçıvan hava limanında əməliyyat: Saxlanılan var

Naxçıvanda hava limanında əməliyyat keçirilib.

Asayis.Az xəbər verir ki, Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən lent.az-a verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsinin əməkdaşları Şərur rayon sakini Asim Mustafayevi Beynəlxalq Hava Limanı ərazisində şübhəli şəxs qismində saxlayıblar.

Həmin şəxsin həkim müayinəsindən keçirilməsi nəticəsində narkotik vasitələrin yüksək miqdarda istehlakına görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunub və Babək Rayon Məhkəməsinin qərarına əsasən, 40 gün müddətində inzibatı həbs olunub.

19:00 - 14 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin