Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi barədə AÇIQLAMA

 Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi barədə AÇIQLAMA

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmini açıqlayıb.

Asayis.Az xəbər verir ki, bu barədə səfir bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu günə qədər zəlzəzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır çatdırılıb:

"Bunların bir qismi 30 nəfərlik çadırlardır. 401 ton tibbi ləvazimatlar da göndərilib. 1 200-dən çox genarator , 6 240 ədəd qızıdırıcı göndərilib. 737 ton qida məhsulları da göndərilib. Hər bir corab da, papaq da önəmlidir".

15:59 - 14 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin