Evində yıxılaraq xəstəxanaya yerləşdirilən Əməkdar artist danışdı

 Evində yıxılaraq xəstəxanaya yerləşdirilən Əməkdar artist danışdı

Evində yıxılaraq huşsuz vəziyyətdə xəstəxanaya aparılan Əməkdar artist Ağalar Bayramovdan xəbər var.

Asayis.Az xəbər verir ki, aktyor artıq bir neçə gündür M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunur. 

Bu barədə aparıcı Hacı Nuran Hüseynov bildirib.

Bayramov hazırda səhhətinin yaxşı olduğunu deyib:

"Fevralın 3-də ehtiyatsızlıq ucbatından yıxıldım. Başım divara dəydi, huşumu itirdim. Evdə gəlindən başqa heç kim yox idi. Tez məni divana uzandırdılar, daha sonra isə xəstəxanaya çatdırdılar. İndi sistemlər vurulur, vəziyyətim yaxşılığa doğru gedir". 

15:06 - 14 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin