Demet Akalın 4 evini zəlzələdən zərərçəkənlərə verəcək

 Demet Akalın 4 evini zəlzələdən zərərçəkənlərə verəcək

Türkiyəli müğənni Demet Akalın xeyirxah addımı ilə gündəmə gəlib.

Asayis.Az xəbər verir ki, ifaçı Mərmərə dənizinin sahilindəki Pendik bölgəsində yerləşən 4 mənzilini bir il müddətinə zəlzələ nəticəsində evsiz qalan vətəndaşlara verəcək.

Demet bu haqda sosial şəbəkə hesabında bildirib:

"Zərərçəkənlər 1 illik Pendikdəki 4 evdə yaşayacaqlar, amma əşyası yoxdur. Yeni əşyalar almaq istəyənlər mənimlə əlaqə yaratsın".

Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində 31 mindən çox insan həyatını itirib.

13:29 - 14 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin