Türkiyəli müğənni Demet Akalın xeyirxah addımı ilə gündəmə gəlib.
Asayis.Az xəbər verir ki, ifaçı Mərmərə dənizinin sahilindəki Pendik bölgəsində yerləşən 4 mənzilini bir il müddətinə zəlzələ nəticəsində evsiz qalan vətəndaşlara verəcək.
Demet bu haqda sosial şəbəkə hesabında bildirib:
"Zərərçəkənlər 1 illik Pendikdəki 4 evdə yaşayacaqlar, amma əşyası yoxdur. Yeni əşyalar almaq istəyənlər mənimlə əlaqə yaratsın".
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində 31 mindən çox insan həyatını itirib.