Gürcüstan Daxili İşlər naziri Vaxtanq Qomelaurinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 2-4-də Ermənistanda işgüzar səfərdə olub.
Gürcü rəsmi, Ermənistanın polis rəisi Vahe Qazaryanın dəvəti ilə Ermənistana səfər edib, polis rəisi və Nikol Paşinyan ilə görüşüb.
Gürcüstan nümayəndəsi rəsmi görüşlərlə yanaşı Ermənistan Baş naziri və polis rəisi ilə birlikdə nahar edib ki, bu da Paşinyanla bağlı növbəti insidentlə müşayiət olunub.
“AntiFake.am” nəşrinə məlum olub ki, Qazaryan Gürcüstan Daxili İşlər nazirini K.Demirtsyan adına İdman-Konsert Kompleksinin 9-cu mərtəbəsində yerləşən “Yeremyan Projects”ə məxsus “Livingston” restoranına dəvət edib.
Mənbənin məlumatına görə, şam yeməyində iştirak edən Nikol Paşinyan adəti üzrə çoxlu spirtli içki qəbul edib, sərxoş olub və gürcü məmurun yanında Rusiya Federasiyasının Prezidenti Vladimir Putini, KTMT-ni və ümumilikdə Rusiya siyasətini söyməyə başlayıb.
Gürcüstan Daxili İşlər naziri Nikol Paşinyanın davranışından heyrətə gəlib ki, ölkənin Baş naziri başqa bir dövlətin nümayəndəsinin və naharda olan insanların yanında necə başqa dövlətin rəhbərinə söyüş söyə bilər?
Bir müddət Paşinyanın təhqirlərini eşitdikdən sonra təəccüblənən Qomelauri Vahe Qazaryana bunun ədəbsiz vəziyyət olduğunu, Paşinyanın başqa dövlət başçısına ünvanladığı təhqirləri eşitmək istəmədiyini işarə edib, ondan ya özünün, ya da Paşinyanın masanı tərk etməsini xahiş edib. Sonda Paşinyan masanı tərk edib.