Azərbaycanda həyət evləri bahalaşıb?

 Azərbaycanda həyət evləri bahalaşıb?

"Türkiyədə baş verən zəlzələ nəinki ölkəmizdə hətta qonşu dövlətlərdə də çoxmərtəbəli binalara olan marağı azaldıb".

Asayis.Az xəbər verir ki, bu sözləri, BAKU.WS-ə açıqlama verən əmlak əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.

Onun sözlərinə görə, zəlzələdən o qədər də çox vaxt keçməyib deyə mənzil bazarında qiymətlərdə ciddi dəyişiklik yoxdur. Hazırda evlərin qiymətində artım var və artmağa davam edəcək:

"Reallıq budur ki, uçub dağılan binaların fotolarına baxanda görürük ki, həmin ərazidə tikilən binaların çox böyük əksəriyyətinin keyfiyəti sıfıra bərabərdir. Çünki orada eyni ərazidə həm tam sağlam qalan, həm də uçulan binalar var. Həyət evlərinə tələbat normalda aprel və may aylarından avqusta qədər artır. Bu zaman da onların qiyməti bahalaşır. Onsuz da illərdir evlərin qiyməti arta-arta gedir. Baş verən zəlzələdən sonra insanlarda fikir formalaşıb ki, həyət evi daha etibarlıdır".

Ekspert ev alanlara tövsiyə edir ki, reklamlara aldanmasınlar, gərək ev alan vətəndaş özü ilə mütəxəsis aparsın:

"Reklamlara aldanmaq olmaz. Ona qalsa, Türkiyədə də tikinti şirkətləri iddia edirdilər ki, evlər zəlzələyə davamlıdır. Amma bir il əvvəl tikilən bina yerlə yeksan oldu. Bizdə həyət evlərinin böyük əksəriyətini makler tikir satır. Həyət evlərinin mövsümü yay ayıdır. Qışda bütün eyibi görünür deyə heç kəs satmağa üstünlük vermir. Bundan başqa həyət evinin bünövrəsi tək “kubik”lə tikilibsə nəinki zəlzələyə, heç küləyə də davamlı olmaz. Hazırda evlərin qiymətində artım var və artmağa davam edəcək".

Qeyd edək ki, Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində 6 mindən çox bina dağılıb.

18:14 - 13 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin