FHN "Park Azure"-da tikintini dayandırdı - Araşdırma başladı - FOTO/VİDEO

 FHN

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində tikinti və yanğın təhlükəsizliyi normalarına riayət olunması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə Asayis.Az-a FHN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 27A ünvanında yerləşən "Park Azure" kompleksində istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış təyinatlı mərtəbələrində tikinti və yanğın təhlükəsizliyi normaları pozulmaqla yenidənqurma işlərinin aparılması haqqında bina sakinlərindən müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında aparılmış qanunsuz yenidənqurma işləri dayandırılaraq, bu işlərin binanın dayanıqlığına, möhkəmliyinə və yanğın təhlükəsizliyinə təsiri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb.

https://www.youtube.com/watch?v=DV3XWamTGHs

17:27 - 13 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin