Goranboyda ŞOK: Qadını evində zorladılar

 Goranboyda ŞOK: Qadını evində zorladılar

Goranboyda zorlanma hadisəsi baş verib. Asayis.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Veyisli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini L.K polisə müraciət edərək evinə gəlmiş qohumu R.T tərəfindən zorlandığını bildirib. Sonra isə R.T qadın bu barədə heç kəsə xəbər verməsin deyə onun telefonunu sındırıb.

R.T hadisəni törədən zaman sərxoş olub. O polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.  
 

15:29 - 13 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin