Türkiyədə zəlzələdə dağılan binalarla bağlı daha bir kütləvi HƏBS QƏRARI

 Türkiyədə zəlzələdə dağılan binalarla bağlı daha bir kütləvi HƏBS QƏRARI

Türkiyənin Malatya şəhər Prokurorluğu zəlzələdə dağılan və şəhərdə çoxlu sayda insanın ölümünə səbəb olan binalarda aşkar edilən tikinti qüsurları ilə bağlı araşdırmalara başlayıb.

Asayis.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin mərhələdə 31 şübhəli haqqında həbs qərarı verilib.

Məlumata görə, şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Saxlanılanların sayının artacağı və bu çərçivədə hərtərəfli istintaqın davam etdiyi qeyd olunub.

13:56 - 13 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin