Paytaxtda iki avtomobil toqquşub, xəsarət alan var

 Paytaxtda iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Yasamal rayonunda iki avtomobil toqquşub.

Asayis.Az apa-ya istinadən xəbər verir ki, qəza Zivərbəy Əhmədbəyov küçəsində baş verib.

Belə ki, Nüsrət Məmmədov idarəetməsində olan “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirərək maşını eyni istiqamətdə olan “Toyota”ya çırpıb.

Qəza nəticəsində “Mercedes”də olan sərnişin xəsarət alıb.

Fakt araşdırılır.

13:34 - 13 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin