Bakı Nəqliyyat Agentliyinin müstəqil qurum kimi fəaliyyətinə son qoyulması ilə bağlı deputat Rüfət Quliyev münasibət bildirib.
Deputat Rüfət Quliyev: "Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiniz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun boyuna da. Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam".
Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasan BNA-nın səlahiyyətləri Bakı Şəhər İcra Hakimiyyəti ilə Daxili İşlər Nazirliyi arasında bölünüb.