12 yaşlı oğlan ailəsini xilas edib, özü öldü

 12 yaşlı oğlan ailəsini xilas edib, özü öldü

Kahramanmaraşda baş verən zəlzələdə 12 yaşlı Rüzgar Taşın ölümü hər kəsi kədərləndirib.

Asayis.Az xəbər verir ki, gecə oyaq olan Rüzgar zəlzələni hiss edərkən ailəsini yuxudan oyadaraq, onları xilas edib. Amma özü dağıntılar altında qalaraq həlak olub. 

Rüzgar anası Nebahat, atası Halim Taş və 6 bacı, qardaşını yuxudan oyandırıb. Uşaqlardan beşi binadan çıxaraq uzqlaşa bilib. Rüzgarla anası, atası və bir bacısı çıxmağa çalışanda uçan binanın altında qalıblar. Ana, ata və bacı sağ çıxarılsa da, Rüzgarı xilas etmək mümkün olmayıb.

11:39 - 12 Fevral 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin