Xəstəxanada pasiyentlərin davası QANLA BİTDİ

 Xəstəxanada pasiyentlərin davası QANLA BİTDİ

Rusiyada xəstəxanada bıçaqlanma hadisəsi baş verib. Asayis.Az yerli KİV-ə istinadla bildirir ki, hadisə Sankt-Peterburqdakı Botkin xəstəxanasında qeydə alınıb. Münaqişə zamanı xəstələrdən biri digərinin başına, boyuna və qollarına bir neçə bıçaq zərbəsi endirib.

Münaqişədən sonra 44 yaşlı zərərçəkənə tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

11:28 - 12 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin