68 kisə insan qalığı tapıldı

 68 kisə insan qalığı tapıldı

Meksika polisi Mexiko ştatında 68 kisə insan qalıqları aşkar edib.

Asayis.Az-ın  TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü “El Milenio” qəzeti məlumat yayıb.
Kisələr bölgədəki doqquz məzarlıqda tapılıb. Meyitlər barədə məlumatı həbs edilmiş cinayətkar dəstə üzvləri veriblər. Meyitlərin şəxsiyyəti məlum deyil.  

Rəsmi hesablamalara görə, 1964-cü ildən 2022-ci ilə qədər Meksikada itkin düşənlərin sayı 100 min nəfəri keçib.

12:35 - 11 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin